Şiddətli ağrılarım var – Saakaşvilibackend

Şiddətli ağrılarım var – Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Məndə güclü titrəmə və başgicəllənmə var.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məktubunda bildirib.

“Səhhətim haqqında bir çox şayiələr olduğundan özümü necə hiss etməyim barədə məlumat açıqlamağa qərar verdim. MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Bu travma, başa düşdüyüm kimi, cərrahi müdaxilə tələb edir”, – Saakaşvili qeyd edib.

Qeyd edək ki, mayın 12-də M.Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan “Vivamedi” klinikasına köçürülüb.