Sığorta şirkətləri hansı hallarda avtomobilə dəyən ziyanı tamamilə qarşılayır? – AÇIQLAMAbackend

Sığorta şirkətləri hansı hallarda avtomobilə dəyən ziyanı tamamilə qarşılayır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ölkədə yağan fasiləsiz yağışlar bir çox ərazilərdə fəsadlar törədib. Sosial mediada yayılan görüntülərdən birində hətta avtomobilin yağış sularında batdığı əks olunub. Bu cür təbii fəlakətlərdə ziyançəkən təbii ki, həmin daşınan əmlak sahibi olur. Hərçənd bir çox sürücü öz nəqliyyat vasitəsini sığortalayıb. Bəs sığorta şirkətləri hansı hallarda dəyən ziyanı tamamilə qarşılayır?

NOCOMMENT.az xəbər verir ki, bu barədə sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, avtomobilə dəyən ziyan qarşılanır. Bu da müqavilənin şərtlərindən asılıdır:

“Əgər avtomobillərin könüllü növ sığortası varsa və sığorta təminatında təbii fəlakət və s. qeyd olunursa, həmçinin avtomobil bazar qiyməti dəyərində sığortalanıbsa, bu vaxt ziyanın qarşılanmasına təminat verilir.

Bəzən bizim vətəndaşlar elə deyir ki, avtomobilin kaskosu var. Amma mütləq şərtlərlə tanış olmaq, detallı oxumaq lazımdır ki, orada təbii fəlakət (su basqını, daşqınlar, sel və s.) qeyd olunub, yoxsa yox. Könüllü növ sığorta olduğu üçün müqavilələrdə bu barədə qeyd oluna da bilər, qeyd olunmaya da”.

Ekspertin sözlərinə görə, təbii fəlakətlərin müqavilədə qeyd olunmasının sığortanın ödənişinə təsiri yoxdur:

“Bəzən avtomobilini sığortalatdıranlar az sığorta haqqı ödəsin deyə avtomobili dəyərində sığortalamırlar. Məsələn, avtomobili 75 faiz, yaxud 50 faiz sığortalayırlar. Belə olduqda sığorta şirkəti də avtomobilə dəyən zərərin 75, yaxud 50 faizini ödəyir. Bir sözlə, təminat var, ancaq sığorta müqaviləsindəki şərtləri detallı oxuyub anlamaq vacibdir”.