Şikayətçilər Naxçıvanda yeni nazirdən gileyləndilərbackend

Şikayətçilər Naxçıvanda yeni nazirdən gileyləndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanın yeni daxili işlər naziri Süleyman Nemətovun qəbulunda olan şikayətçilər, onun davranışlarından narazı qaldıqlarını dilə gətiriblər.

NOCOMMENT xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a dekabrın 31-də qəbulda olan sakinlərin özləri məlumat veriblər.

Şikayətçilər deyiblər ki, yeni nazir onlarla nəzakətsiz və kobud davranıb, qaldırılan problemlərin həll edilib-edilməyəcəyi ilə bağlı isə konkret danışmayıb. Onlar deyiblər ki, qəbul əsasən müxtəlif vaxtlarda baş vermiş polis zorakılığı, şöbələrdə psixoloji və fiziki təzyiq, rüşvət və digər hallarla bağlı olub.

Babək rayon sakini N. Həsənov (ad şərtidir) deyib ki, qəbula düşmək üçün, bir neçə dəfə nazirliyə getməli olub: “Cümə axşamı dedilər ki, qəbul şənbə günü olacaq. Sevincək getdim ki, dərdimi danışım. 16 nəfəri eyni anda qəbul etdi. Ancaq özünü təriflədi, şikayətçilərə danışmaq üçün yaxşı imkan yaratmadı.

Çox kobud, nəzakətsiz və aqressiv davranırdı. Əvvəlki nazirlərdən də betər. Köhnələr yeni nazirdən daha mədəni idilər. Belə görürük ki, Naxçıvandakı dəyişikliyin sadə camaata heç bir müsbət təsiri olmayacaq. Sadəcə, əl dəyişdi”.

Adının çəkilməsini istəməyən digər şikayətçi də qəbuldan narazı çıxdığını deyib: “Mənim şikayətim polisdəki rüşvətlə bağlı idi. Sözümüzü axıra kimi çatdırmağa imkan vermirdi. Bizi heç, normal dinləmək də istəmirdi. Yeni dəyişikliklərlə bağlı bütün ümidlərimiz puç oldu. Heç, demədi ki, problem həll olacaq ya yox. Görünür rüşvət bunların həssas yeridi. Həll olunmasını istəmirlər”

Məsələ ilə bağlı Naxçıvan DİN açıqlama verməyib.