Sikorski xəbərdarlıq etdi – “Putinin təyyarəsi endirilə bilər”backend

Sikorski xəbərdarlıq etdi – “Putinin təyyarəsi endirilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə Polşa üzərindən uçmaq qərarına gələrsə, o, həbs olunaraq Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilə bilər”.

NOCOMMENT.az ВВС News-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Polşanın müstəqil məhkəməsinin şübhəlini Haaqa məhkəməsinə təhvil vermək üçün hökumətə belə bir hipotetik təyyarəni endirməyi əmr etməyəcəyinə zəmanət verə bilmərik”, – deyə nazir vurğulayıb.

Sikorski etiraf edib ki, Putin Avropa İttifaqı ölkələrinin ərazilərindən yan keçməklə Budapeştə çata bilər. Bunun üçün Türkiyənin, dənizin, Monteneqronun və Serbiyanın üzərindən uçmaq mümkündür. Hərçənd Monteneqro və Serbiya da Beynəlxalq Cinayət Məhkəməsinin üzvləridir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov polyak həmkarının açıqlamasını pisləyib. Onun sözlərinə görə, Vladimir Putinin təyyarəsinin Budapeştə göndəriləcəyi təqdirdə onun təhlükəsizliyi ilə bağlı Sikorskinin təhdidləri Polşanın terror hücumlarına hazır olduğunu göstərir.

Xatirə SADİQ