KoronaVirus İnformasiya Portalı
Silah tədarükü faktını bilən gürcü proqramçının anası Azərbaycan və Türkiyəni qızının ölüm faktı ilə maraqlanmağa çağırıbbackend

Silah tədarükü faktını bilən gürcü proqramçının anası Azərbaycan və Türkiyəni qızının ölüm faktı ilə maraqlanmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda iyulda avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilib.

T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutulub.

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb.

Ailənin vəkili Mixeil Ramişvili qadının bütün suallara hərtərəfli cavab verdiyini bildirib.

Onun sözlərinə görə, sorğu-sual zamanı T.Tamazaşvilinin Gürcüstanın üç yüksək vəzifəli şəxsinin Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı bəyanatına dair suallar verilib.

Vəkil deyib ki, T.Baçaliaşvilidə bu məsələ ilə bağlı bəzi informasiyalar olub və bu barədə anasına danışıb, lakin silah barəsində konkret söhbət olmayıb:

“Tamar anası ilə bəzi detallar barədə danışıb, lakin silah haqqında konkret nəsə deməyib. Tamar hər hansı bir gərginliyin ola biləcəyini və çox şey bildiyini söyləyib”.