Silahla ehtiyatsız davranan leytenant həlak oldubackend

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. 

 

NOCOMMENT.az-ın məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

 

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. (Qafqazinfo)