Silahla marketi basdı – əlindəki döymə onu ələ verdibackend

Silahla marketi basdı – əlindəki döymə onu ələ verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanada mağazalar şəbəkəsinə gedərək ov tüfəngi ilə terror törədən oğru üzünü cərrahi maska ​​ilə bağlasa da, əlindəki döymə onu ələ verib.

NOCOMMENT xəbər verir ki, Seyhan rayonu Şakirpaşa küçəsində üzünü cərrahi maska ​​və başlıqla gizlədən Ü.A. (16) marketi təmizləyən işçiləri ov tüfəngi ilə hədələyərək kassaya tərəf gedib. Bu arada təlaşa düşən işçilər və müştərilər marketdən qaçıblar. Şübhəli şəxs seyfi sökməyə çalışsa da, buna nail ola bilməyib və qaçıb. Ertəsi gün U.A bu dəfə ov tüfəngi ilə başqa mağazaya girərək kassiri hədələyib. Şübhəli içərisində 4000 lirə olan seyfi sökərək qaçıb. Bir həftə əvvəl U.A eyni küçədə yerləşən başqa mağazaya girərək kassirə bıçaqla hədə-qorxu gələrək kassadakı min lirəni götürərək yoxa çıxıb. Oğurluq anları marketlərdəki təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub.

Bir-birinin ardınca baş verən hadisələrin ardından Bölgə Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Qəsb Büro Komandirliyi qrupları, şübhəlinin tutulması üçün iş başladbı. Görüntüləri araşdıran qruplar, əlindəki pələng və lələk döyməsinə görə şübhəlinin şəxsiyyətini təyin edib. Soyğunçuluq, oğurluq və narkotik istifadəsi ilə bağlı 28 qeydi olduğu təsbit edilən U.A. Şakirpaşa Məhəlləsindəki evinə edilən basqında yaxalanıb. Polis bölməsindəki ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul edən U.A. məhkəməyə sövq edilib. Şübhəli məhkəməyə aparılaraq həbs edilib.