Silahların toplanmasına göstəriş verildi: Paşinyana qarşı qanlı üsyan başlayacaqbackend

Silahların toplanmasına göstəriş verildi: Paşinyana qarşı qanlı üsyan başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan getmiş ermənilərə silahların təhvil verilməsi ilə bağlı müraciət edib.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki,müraciətdə ov tüfəngləri də daxil olmaqla bütün odlu silahların verilməsi tələb olunur.

Bu müraciət Ermənistanda müxtəlif versiyaların müzakirəsinə səbəb olub.

Birinci versiyaya görə, Ermənistan hökuməti daxildə “terror təhlükəsindən” qorxur. İddia olunur ki, Yaxın Şərqdə kəskinləşən vəziyyət terrorçuların Ermənistan ərazisinə daxil olmasına da zəmin yarada bilər. Halbuki, terror dövləti olan Ermənistanın terrorizmdən çəkinməsi suallar yaradır. Digər tərəfdən, Yaxın Şərqdə mövcud olan terror təşkilatlarının erməni terror təşkilatları ilə əlaqələri həmişə mövcud olub.

İddiaya görə, Ermənistan hökumətində qorxular var. Onlar düşünür ki, “terror təhlükəsi” artarsa, bu prosesdə Qarabağdan getmiş ermənilərin əllərində olan silahlardan da istifadə riski yarana bilər.

İkinci versiya isə Ermənistanda silahlı toqquşmaların yaşana biləcəyi təhlükəsidir. Qarabağdan Ermənistana getmiş ermənilər müxalifətin etiraz aksiyalarında fəal iştirak edir. Hökumət qorxur ki, qarşıdakı seçkilər zamanı bu aktivlik daha da arta bilər. Etirazlar zamanı əlində silah olan ermənilər ondan istifadə haqda düşünə, hökumətin devrilməsi üçün silahlı üsyan başlaya bilər. Buna görə də silahların toplanması prosesi başlayır.

Halbuki, Ermənistan vətəndaşlarına qanunla silah gəzdirmək hüququ verilir. Bu amil Paşinyan hakimiyyətinin Qarabağdan getmiş ermənilərdən silahların toplanmasında əsas məqsədinin ikinci versiya – hökumətin silahlı üsyanla devrilməsi – olduğunu deməyə əsas verir.