ABŞ-ın Florida ştatında baş verən dava zamanı açılan atəş nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb.
NOCOMMENT xəbər verir ki, silah səslərini eşidənlər təşviş içində qaçıblar.
ABŞ-ın Florida ştatındakı Hollywood Beach Road-da iki qrup arasında baş verən davada silah səsləri eşidilib. Atışma nəticəsində 4-ü 1-17 yaş arası uşaq olmaqla 9 nəfər yaralanıb. Əraziyə polis və həkim briqadası göndərilib. Hadisə yerində ilkin tibbi yardım göstərilib, yaralılar xəstəxanaya çatdırılıb.