Silahlı hücuma məruz qalan prezidentliyə namizəd həyatını itirdibackend

Silahlı hücuma məruz qalan prezidentliyə namizəd həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorun prezidentliyə namizədi, avqustun 20-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində “korrupsiyaya qarşı mövqeyi” ilə tanınan Fernando Villavisensio silahlı hücum nəticəsində dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Ekvador Baş Prokuroru sosial media hesabından verdiyi açıqlamada hücumu həyata keçirən şübhəlinin təhlükəsizlik qüvvələri ilə atışmada güllələndiyini və aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib.

Hücum nəticəsində bir deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralandığı da vurğulanıb.

Prezident Guillermo Lasso, Villavicencio-nun öldürüldüyünü təsdiqləyərək, prezident seçkilərinə iki həftədən az müddətdə törədilən qətlin arxasında “mütəşəkkil cinayətin” olduğunu vurğulayıb.

NOCOMMENT.AZ