Silahsız Ukrayna əsgərini güllələdilər! – VİDEObackend

Silahsız Ukrayna əsgərini güllələdilər! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi davam edərkən rus əsgərlərinin silahsız ukraynalı əsgəri güllələyərək öldürməsinin görüntüləri ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən ukraynalı əsgərin kimliyi, görüntülərin nə vaxt və harada qeydə alındığı hələlik məlum deyil.

Video görüntülərdə Ukrayna əsgərinin son sözü “Ukrayna üçün qələbə” olub.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabından verdiyi açıqlamada görüntülərə reaksiya göstərərək, “Hərbi əsir öldürmək Rusiya Federasiyasının başqa bir hərbi cinayətidir” deyə açıqlama verib.

NOCOMMENT.AZ