Silayev: Rusiya Qarabağ savaşından sonra məcbur olub…backend

Silayev: Rusiya Qarabağ savaşından sonra məcbur olub…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycana məğlubiyyəti Rusiyanın bölgədəki təsirini xeyli zəiflədib”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Silayev deyib.

Ekspert müharibədə Azərbaycana dəstək verən Türkiyənin bölgədə Rusiya qarşısındakı mövqeyini gücləndirdiyini bildirib.

“Türkiyənin əzmi sayəsində Azərbaycanın xeyrinə formalaşan Qarabağ müharibəsi, “Rusiyadan xəbərsiz Qafqazda bir güllə belə atıla bilməz” nəzəriyyəsini alt-üst etdi”, – deyə Silayev vurğulayıb.

O, Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin Rusiyanın nüfuzuna xələl gətirdiyini söyləyib.

Türkiyənin qətiyyətinin bölgədə güclü status qazanmasına səbəb olduğunu deyən Silayev vurğulayıb: “Bu durum Rusiyanın Qafqazdakı nüfuzuna ciddi təsir etdi. Rusiya nüfuzunu bərpa etmək üçün Qara və Xəzər dənizlərində genişmiqyaslı hərbi təlimlər keçirmək məcburiyyətində qaldı”.