Sentyabrın 13 və 15-də İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən hava əməliyyatlarında, aralarında məsul terrorçular da daxil olmaqla 31 hədəf məhv edilib.
NOCOMMENT xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyi, terrorçuların hədəflərinin yerli və milli sursatlarla vurulduğu bildirilib.
Bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost elementlərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb.