Şimali Kaliforniya-da 25 mindən çox insan təxliyə edilibbackend

Şimali Kaliforniya-da 25 mindən çox insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da (Şimali Kaliforniya) meşə yanğını səbəbindən 25 mindən çox insan təxliyə edilib.

NOCOMMENT.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Kaliforniyanın paytaxtı Sakramentodan təxminən bir saatlıq məsafədə yerləşən Orovil şəhəri yaxınlığında dəhşətli yanğın baş verib.

Qeyd olunub ki, yanğın 1200 hektardan çox ərazini yandırdığı üçün minlərlə ev təhlükə altındadır.

Yanğınların söndürülməsinə 1400-ə yaxın yanğınsöndürən və helikopter cəlb edilib.

Yaxın günlərdə ştatda havanın temperaturunun 46 dərəcəyə çatacağı gözlənilir.