Şimali Koreya ballistik raket buraxıbbackend

Şimali Koreya ballistik raket buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən Yonhap agentliyi məlumat yayıb.

“KXDR Şərq dənizinə doğru ballistik raket atıb”, – nəşr yazır.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri artıq raketin uçuş məsafəsinin təhlilini açıqlayıb.

Yaponiya hökuməti ballistik raketin buraxılışına görə KXDR-ə etiraz edib. Bu barədə jurnalistlərə Yaponiyanın baş naziri Fumio Kişida məlumat verib.

“Bu, regionun və bütövlükdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə aiddir. Bu, tamamilə qəbuledilməzdir”, – deyə o bildirib.