Şimali Koreya bildirir ki, bir səhvə görə müharibə ola bilərbackend

Şimali Koreya bildirir ki, bir səhvə görə müharibə ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini pisləyərək səhvə görə mümkün müharibə barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Şimali Koreyanın xəbərdarlığı Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin səhvən ölkədəki bir kəndə bomba atmasından sonra edilib.

“Bu, Koreya yarımadasında gərginliyi artıran təhlükəli təxribatçı aktdır və təsadüfi atışma nəticəsində iki tərəf arasında fiziki münaqişəyə səbəb ola bilər”, – Pxenyanın Xarici İşlər Nazirliyi bildirib.

ABŞ və Cənubi Koreyanın birgə “Azadlıq Qalxanı 2025” təlimləri martın 10-da başlayıb və ayın 21-dək davam edəcək.

Martın 6-da Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus bombanın Gyeonggi əyalətinin Pocheon şəhərində bir evə düşməsi nəticəsində 15 nəfər yaralanıb. Bomba düşdüyü anda bütün şəhər güclü bir sarsıntı hiss etdi. Hadisə yerindən yayılan görüntülərdə damları və divarları uçmuş, bütün pəncərələri partlamış bombalardan zərər çəkmiş evlər görünür. Zərbə nəticəsində ağaclara da ziyan dəyib.