Şimali Koreya Cənubi Koreya sərhədinə 130-dan çox mərmi atdıbackend

Şimali Koreya Cənubi Koreya sərhədinə 130-dan çox mərmi atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyanın ölkənin şərq və qərbdəki dəniz sərhədləri yaxınlığındakı “bufer zonalar”a 130-dan çox mərmi atdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda Şimali Koreyanın ölkənin şimalındakı bufer zonalarına artilleriya mərmiləri ataraq 2018-ci il tarixli ikitərəfli hərbi razılaşmanı pozduğunu bildirib.

Cənubi Koreya ordusu Şimali Koreyaya şifahi xəbərdarlıq edərək, “müqaviləyə əməl etməyə” çağırıb.

Jalə Bədirova

NOCOMMENT.az