Şimali Koreya Cənubi Koreyaya 160 zibil balonunu buraxıbbackend

Şimali Koreya Cənubi Koreyaya 160 zibil balonunu buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 18-i axşam saatlarından Şimali Koreya Cənubi Koreyaya zibillə doldurulmuş 160-dan çox şar havaya buraxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

Məlumatda dəqiqləşdirilib ki, mərkəzi Gyeonggi əyalətinin şimal bölgələrində və paytaxt bölgəsində 30-a yaxın kisə zibil aşkarlanıb.

Jurnalistlərin sözlərinə görə, çantalar məişət tullantıları ilə dolu olub: kağız və plastik butulkalar. Balonlarda heç bir təhlükəli maddə aşkar edilməyib.