Sentyabrın 18-i axşam saatlarından Şimali Koreya Cənubi Koreyaya zibillə doldurulmuş 160-dan çox şar havaya buraxıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Məlumatda dəqiqləşdirilib ki, mərkəzi Gyeonggi əyalətinin şimal bölgələrində və paytaxt bölgəsində 30-a yaxın kisə zibil aşkarlanıb.
Jurnalistlərin sözlərinə görə, çantalar məişət tullantıları ilə dolu olub: kağız və plastik butulkalar. Balonlarda heç bir təhlükəli maddə aşkar edilməyib.