Şimali Koreya ilə əlaqəsi olan bütün ölkələri sanksiyalara əməl etməyə çağırıram – Quterreşbackend

Şimali Koreya ilə əlaqəsi olan bütün ölkələri sanksiyalara əməl etməyə çağırıram – Quterreş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Şimali Koreya ilə əlaqəsi olan bütün ölkələri Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalarına əməl etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, onun bu açıqlaması Rusiya və Şimali Koreya arasında qarşılıqlı müdafiə yardımı vəd edən paktın imzalanmasından sonra verilib.

“Koreya Xalq Demokratik Respublikası ilə bağlı Təhlükəsizlik Şurasının təsdiqlədiyi sanksiyalar var. İstənilən ölkənin Şimali Koreya, o cümlədən Rusiya ilə münasibətləri bu sanksiyalara tamamilə riayət etməlidir. Mən Şimali Koreya ilə əlaqəsi olan bütün ölkələri Pxenyana qoyulan sanksiyalara əməl etməyə çağırıram”, – deyə Quterreş qeyd edib.