Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindibackend

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ilə Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dekabrın 4-də qüvvəyə minib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 4-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və onun şimali koreyalı həmkarı Kim Çenq-qyu Moskvada ratifikasiya sənədlərinin mübadiləsinə dair protokol imzalayıblar. Müqavilənin mətninə əsasən, saziş bu andan qüvvəyə minir.

Beləliklə, Rusiya Federasiyası ilə KXDR arasında 9 fevral 2000-ci il tarixli Dostluq, Qonşuluq və Əməkdaşlıq Müqaviləsi qüvvədən düşmüş hesab edilib.

Həmçinin vurğulanır ki, yeni müqavilə əsasında iki ölkə arasındakı münasibətlər beynəlxalq strateji sabitliyə zəmanət verəcək və ədalətli çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirəcək.

Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq sazişi iyunun 19-da Pxenyanda Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri zamanı imzalanıb.