Şimali Koreya lideri ordunu müharibəyə hazır olmağa çağırıbbackend

Şimali Koreya lideri ordunu müharibəyə hazır olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun qvardiya hərbi-hava diviziyasının nəzdindəki aviasiya alayına baş çəkib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

K.Ç.In Hərbi Hava Qüvvələrinin aviasiya dəstələrinin döyüş təlimlərinə başçılıq edib.

Bildirilir ki, təlimlər zamanı aviasiya eskadrilyalarının, zenit-raket, radiolokasiya stansiyası və radioelektron mübarizə bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib.

Şimali Koreya lideri vurğulayıb ki, ordunun bütün hissələri müharibəyə hazırlıqda köklü dəyişiklik edərək hərbi əməliyyatlara daim hazır olmalıdır.//Oxu.Az