Şimali Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndəribbackend

Şimali Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya daha çox qoşun göndərib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Kəşfiyyatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Şimali Koreya Rusiya-Ukrayna cəbhələrində yerləşdirilən əsgərləri ağır itkilər verdikdən sonra Rusiyaya əlavə qoşun göndərib.

Qeyd edilib ki, yanvar-fevral ayları arasında 3000-ə qədər Şimali Koreya hərbçisi Rusiyaya göndərilib.

Oktyabrda göndərilən kontingentindən fərqli olaraq bu qrupa motoatıcılar, mühəndislər və elektron döyüş bölmələri daxildir.

Cənubi Koreya kəşfiyyatı bildirib ki, Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb.

“Yonhap” agentliyi Şimali Koreya qoşunlarının yanvarın ortalarından cəbhə xəttindəki Kursk bölgəsində döyüşlərdə iştirak etmədiyini bildirib.