Şimali Koreya “super böyük döyüş başlığı” daşıyan raket atdıbackend

Şimali Koreya “super böyük döyüş başlığı” daşıyan raket atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya dünən Cənubi Koreya ordusunu təşvişə salan raket sınağı ilə bağlı yeni açıqlama yayıb.

NOCOMMENT xəbər verir ki, Pxenyan administrasiyası sınağın “super böyük döyüş başlığı” və yeni tip zenit raketi daşıyan qanadlı raket olduğunu açıqlayıb.

Şimal yarımadasında ardıcıl raket sınaqları ilə təhlükəsizlik narahatlığına səbəb olan Şimali Koreya dünən keçirdiyi sınaqlarla bağlı açıqlama verib.

“Sınaqlar yeni silah sistemlərinin funksiyasını, performansını və texnologiyalarını sürətlə inkişaf etdirmək məqsədilə müvafiq müdafiə elmi institutları tərəfindən həyata keçirilən normal fəaliyyətlərin bir hissəsidir və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur”, – deyə məlumatda bildirilir.

Sınaqların qonşu ölkələrin təhlükəsizliyinə təsir etmədiyi bildirilsə də, raketlərin uçuş məsafəsi və hündürlüyü kimi texniki detallar barədə məlumat verilməyib.