Şimali Koreya üç gündə iki dəfə raket atdıbackend

Şimali Koreya üç gündə iki dəfə raket atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və Yaponiya Şimali Koreyadan bir neçə ballistik raket buraxılışı qeydə alıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap”, Yaponiyanın NHK agentliyi məlumat yayıb.

Cənubi Koreya ordusu Yapon dənizinə doğru bir raket atdığını bildirib. Yaponiya Sahil Mühafizəsi isə iki raket buraxıldığını açıqlayıb. Raketlərin hamısının suya düşdüyü deyilir.

Şimali Koreya yaylım raket sistemlərindən istifadə etməklə təlimlər keçirdiyini təsdiqləyib. KCNA-nın məlumatına görə, Koreya Xalq Ordusunun artilleriya bölməsi 600 mm-lik reaktiv yaylım atəşi sistemindən Yapon dənizinə doğru iki dəfə atəş açıb.

Qeyd edək ki, bu, son üç gündə Şimali Koreyanın ikinci raket buraxılışıdır. Fevralın 18-də Pxenyan qitələrarası ballistik raket buraxıb. Məlumata görə, raket 67 dəqiqə ərzində 989 kilometr uçub və dənizə düşüb.

Yaponiya hökuməti raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib və təcili iclas keçirilməsini tələb edib.