Şimali Koreya Xarici İşlər Nazirliyi: Rusiyaya qoşun göndərmək beynəlxalq hüquq normalarına uyğundurbackend

Şimali Koreya Xarici İşlər Nazirliyi: Rusiyaya qoşun göndərmək beynəlxalq hüquq normalarına uyğundur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Koreya Xalq Demokratik Respublikası (KXDR) öz hərbi qüvvələrini Rusiyaya göndərsəydi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR xarici işlər nazirinin müavini Kim Çon Qyuya istinadən yazıb.

“Düşünürəm ki, dünya mediasının hay-küy saldığı hadisələr baş versəydi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı”, – nazir müavini bildirib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin rəis müavini deyib ki, buna baxmayaraq, “təbii ki, belə bir hərəkəti qanunsuz adlandıranlar olacaq”.

Kim Çon Qyu bildirib ki, dünya mediasında Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı versiyalar yayılır. O vurğulayıb ki, Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyinin işlərinə birbaşa aidiyyəti yoxdur və bu cür xəbərlərin ayrıca təsdiqlənməsini vacib hesab etmir.