Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıbbackend

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Cənubi Koreya ordusu raketin növü və uçuş məsafəsi də daxil olmaqla, onun bütün xüsusiyyətlərini ətraflı təhlil etdiyini bildirərək, buraxılışla bağlı hər hansı təfərrüatı hələlik açıqlamayıb.

Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi ABŞ, Cənubi Koreya və Yaponiyanı Asiya NATO-su yaratmaqda ittiham etmişdi.