Şimali Koreya yeni raketi sınaqdan keçirdibackend

Şimali Koreya yeni raketi sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya hipersəs raketini sınaqdan keçirib.

NOCOMMENT.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəsi Li Sunq Yun orta mənzilli ballistik raket sınağını “Koreya yarımadasında sülh və sabitliyi təhdid edən” addım adlandırıb.

O, hadisəyə dair məlumatların ABŞ və Yaponiya ilə paylaşıldığını qeyd edib:

“Hərbçilər Şimali Koreyanın raket buraxılışını dərhal aşkar edib və məlumatları ABŞ və Yaponiya ilə paylaşıb. Şimali Koreyanın raket buraxılışını pisləyirik, çünki bu, Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən təxribatdır. Əgər həqiqətən də Şimali Koreya bərk yanacaqdan istifadə edən hipersəs raketini ilk dəfə sınaqdan keçirirsə, daha çox məlumat toplamaq lazımdır. Biz hələ də məlumatları təhlil etdiyimiz üçün izah edəcək çox şeyimiz yoxdur”.