Şimali Koreyada insan hüquqları pis vəziyyətdədirbackend

Şimali Koreyada insan hüquqları pis vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimali Koreyada insan haqları pis vəziyyətdədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı hüquqşünası Folker Tyurk deyib. Bildirib ki, Pxenyan insan haqlarına qarşı repressiyaları artırır.

İqtisadi vəziyyət pisləşdikcə insanların daha da çarəsiz vəziyyətə düşüb. Ölkənin bəzi yerlərində yaşayan insanların aclıqdan əziyyət çəkdiyi bildirilir:

“Şimali Koreyada insanlar sadəcə xarici televiziya serialına baxdıqlarına və ya paylaşdıqlarına görə ölüm riski ilə üzləşirlər. Bu fikir azadlığının və mədəni həyatda iştirak hüququnun kəskin şəkildə pozulmasıdır. Şimali Koreyan beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar riayət etmir. Mən ölkəni bu zülmkar qanunları ləğv etməyə və böyük qlobal tendensiyada olduğu kimi ölüm hökmünün tətbiqinə moratorium – möhlət qoymağa çağırıram”.