Şimali Koreyada üç orta məktəb şagirdi edam edildi – SƏBƏBbackend

Şimali Koreyada üç orta məktəb şagirdi edam edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli media xəbər verir ki, üç orta məktəb şagirdi Cənubi Koreya dramlarına baxıb dostları arasında yaydıqlarına görə ölüm cəzasına məhkum edilib. 

NOCOMMENT.az xəbər verir ki, Azad Asiya Radiosunun yaydığı məlumata görə, yaxalanan 3 gənc Cənubi Koreya və ABŞ filmlərinə baxıb yaydıqları üçün güllələnərək edam edilib.

Daha sonra verilən açıqlamada 2 gəncin Cənubi Koreya filmlərinə baxıb yaydığı, 1 gəncin isə ögey anasını öldürdüyü üçün edam edildiyi bildirilib.

Qeyd edək ki, Şimali Koreyada Cənubi Koreya yönümlü məzmunlara baxmaq, paylaşmaq və satmaq qadağandır. Bunu edənləri ölüm cəzası gözləyir.

Jalə Bədirova

NOCOMMENT.az