Şimali Koreyadan ABŞ-a raket xəbərdarlığıbackend

Şimali Koreyadan ABŞ-a raket xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Cənubi Koreyanın bölgədə keçirdiyi birgə hərbi təlimlər və Şimali Koreyanın raket sınaqları Koreya yarımadasında gərginliyi artırıb.

NOCOMMENT.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq ABŞ-yə xəbərdarlıq edib.

Kim Yo Jong xəbərdarlıq edib ki, əgər ABŞ Pxenyanın silah sınaqları çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, “açıq-aşkar müharibə elanı” hesab ediləcək.

“Birləşmiş Ştatların yurisdiksiyasına aid olmayan sərbəst sularda və havada həyata keçirilən qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən strateji silah sınaqlarımıza müdaxilə kimi hərbi cavab verməyi açıq müharibə bəyannaməsi sayılacaq” deyə o qeyd edib.

NOCOMMENT.AZ