ABŞ-ın Cənubi Koreyaya nüvə başlıqları daşıya bilən sualtı qayıq göndərməsi Koreya yarımadasında gərginliyi alovlandırıb. Şimali Koreya ABŞ-ın bu addımına cavab olaraq qanadlı raketlər atıb.
NOCOMMENT xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın qanadlı raket atdığını açıqlayıb.
Prezidentlikdən verilən açıqlamada şənbə günü yerli vaxtla saat 04:00 radələrində təsbit edildiyi bildirilib. Raketin hara düşdüyü barədə məlumat verilməyib.
Mövzu ilə bağlı açıqlama verən Cənubi Koreya, “Ordumuz ABŞ ilə sıx əməkdaşlıq içindədir və sayıqdır” dedi.
Pxenyan administrasiyasının bu addımı ABŞ-ın nüvə başlıqlı raketləri daşıya bilən sualtı qayığının Cənubi Koreya sularına gəlməsinə cavab olaraq qiymətləndirilir.