Şimali Koreyadan ballistik raket mesajıbackend

Şimali Koreyadan ballistik raket mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya administrasiyası Yaponiya dənizi istiqamətində qitələrarası ballistik raket atıb.

NOCOMMENT xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida ilə Cənubi Koreya prezidenti Yoon Sook Yeol arasında baş tutacaq kritik sammitdən əvvəl raket sınağının başlanması “Tokio və Seula mesaj” kimi şərh edilib.

Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yoon Suk Yeolun bu gün Tokioda keçirilən tarixi sammit öncəsi Şimali Koreyadan yeni raket sınağı həyata keçirilib.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın yerli vaxtla saat 07:10 radələrində Yaponiya dənizinə doğru qitələrarası ballistik raket atdığı bildirilib. Təxminən 6 min kilometr hündürlüyə çatan və min kilometr məsafə qət edən raketin saat 08:20 radələrində Hokkaydodakı Oşima adasından təxminən 250 kilometr qərbdə, ölkənin eksklüziv iqtisadi zonasından kənarda sulara düşdüyü bildirilib. Raketin bölgədə üzən gəmi və təyyarələrə heç bir ziyan vurmadığı bildirilib. Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin regional sülh və sabitliyin təmin edilməsi üçün müttəfiqləri ilə əməkdaşlıqda fəaliyyətini davam etdirəcəyini vurğulayıb.