Şimali Koreyadan “casus peyk buraxmağa hazırıq” bəyanatıbackend

Şimali Koreyadan “casus peyk buraxmağa hazırıq” bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ölkənin ilk hərbi casus peykinin orbitə buraxılması üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Kim deyib ki, işləyən hərbi kəşfiyyat peyki Şimali Koreyanın nüvə gücünə malik raketlərindən səmərəli istifadə etməsi üçün çox vacibdir. Kim bildirib ki, 1 nömrəli hərbi kəşfiyyat peyki hazırlanıb və aprelin sonuna qədər peykin buraxılması ümidi ilə rəsmilərə göstəriş verib.

Ölkənin ilk hərbi casus peykinin buraxılması üçün bütün hazırlıqların tamamlandığını qeyd edən Kim, Şimali Koreyanın kəşfiyyat toplama qabiliyyətini yaxşılaşdırmaq üçün bir neçə peykin orbitə buraxılması lazım olduğunu bildirib.