Şimali Koreyadan gözlənilməz addımbackend

Şimali Koreyadan gözlənilməz addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyadan Şimali Koreyaya icazəsiz keçən ABŞ əsgəri Travis King Çinə deportasiya edilərək ABŞ rəsmilərinə təhvil verilib.

NOCOMMENT.az xəbər verir ki, Kinqin Çində ABŞ rəsmilərinə təhvil verildiyi bildirilib. Cənubi Koreyada ABŞ kontingentində xidmət edən 23 yaşlı Trevis Kinq iyulun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində olan iki ölkə arasında hərbisizləşdirilmiş birgə təhlükəsizlik zonasını əhatə edən tur zamanı Şimali Koreyaya keçib.

Şimali Koreya əvvəlcə heç bir məlumatı olmadığını iddia etsə də, avqustun 3-də verdiyi açıqlamada Kinqin saxlanıldığını təsdiqləyib. Kinqin Şimali Koreyaya keçməzdən əvvəl Cənubi Koreyada hakim qarşısına çıxdığı ortaya çıxıb.

Kinq Cənubi Koreyada ictimai əmlaka ziyan vurmaq və gecə klubunda bir şəxsə qarşı zorakılıq etmək ittihamı ilə mühakimə olunub. Cənubi Koreyada iki ay həbsdə qaldıqdan sonra iyulun 10-da azadlığa çıxan Kinqin Şimali Koreyaya niyə getdiyi olaraq qaranlıq qalır.