Şimali Koreyadan təhdid: Nüvə silahı ilə müharibəbackend

Şimali Koreyadan təhdid: Nüvə silahı ilə müharibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ilə ABŞ arasında gərginlik sonsuzdur.

NOCOMMENT xəbər verir ki, Lyold Ostinin bu həftə Cənubi Koreyaya səfərindən sonra Şimali Koreyadan təhdid xarakterli açıqlamalar gəldi. ABŞ-ın mümkün hərbi əməliyyatına nüvə silahı da daxil olmaqla total müharibə prinsipi çərçivəsində cavab veriləcəyi açıqlanıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Cənubi Koreyaya səfərindən sonra ABŞ və Şimali Koreya arasında gərginlik pik həddə çatıb. Bunun əks-sədası davam edərkən, Şimali Koreya ABŞ və müttəfiqlərinə qarşı təhdidedici bəyanatla çıxış edib.

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi əməliyyatına nüvə silahı da daxil olmaqla total müharibə prinsipi çərçivəsində cavab veriləcəyini açıqlayıb. Açıqlamada, ABŞ və müttəfiqlərinin rəftarları səbəbindən bölgədəki hərbi və siyasi vəziyyətin qırmızı xəttə çatdığı vurğulanıb.