Mövcud beynəlxalq siyasi vəziyyət və təhdidlər KXDR-dən “nüvə cavab zərbəsi”nə hazırlaşmağı tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Çoy Son Hi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
“Mövcud mühit, eləcə də gələcək təhdidlər və çağırışlar bizdən müasir strateji nüvə silahlarımızı, hücum xarakterli nüvə silahlarımızı gücləndirməyi və nüvə cavab hazırlığımızı yaxşılaşdırmağı həmişəkindən daha çox tələb edir”, – deyə o vurğulayıb.