Simonyan açıqladı: “Son erməni qayıdana qədər mübarizə aparacağıq”backend

Simonyan açıqladı: “Son erməni qayıdana qədər mübarizə aparacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, “Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər işləməyə davam edəcəyik”.

Onun bu açıqlaması sülh prosesinin davam etdiyi bir vaxtda diqqət çəkib və müxtəlif suallar doğurub.

Rəsmi İrəvanın bu mesajı hazırkı danışıqlar mərhələsində hansı məqsədə xidmət edir? Bu, daxili ictimai rəyə hesablanmış siyasi jestdir, yoxsa Bakı ilə aparılan prosesə yönəlik dolayı təzyiq elementidir?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, hazırda Ermənistanda seçki qabağı bir dövr yaşanır və bu səbəbdən belə bəyanatların gündəmə gəlməsi başadüşüləndir:

“Ermənistan hakimiyyəti seçkilərlə əlaqədar bu cür açıqlamalar verir. Bu vətəndaşları ilə bağlı qərarlar verə bilən yeganə ölkədir. Digər ölkələrdə erməni vətəndaşları cinayət törətsələr, həmin ölkədə hökm oxunur və cəza verilir.

Hər bir dövlət öz vətəndaşının hüquqlarını qorumaq və onları ölkəsinə gətirmək üçün səylər göstərir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər normallaşma mərhələsindədir və yalnız liderlər səviyyəsində sülh gündəliyi formalaşdırılıb. Ermənistanın bu vətəndaşlar üçün hərəkətə keçməsi, nəticəsi göz qabağındadır. Hal-hazırda isə bu mövzu Azərbaycan üçün aktual deyil”.

Atilla Rzasoy