Simonyan İranı “baqaj”a qoydu: Silah satır…backend

Simonyan İranı “baqaj”a qoydu: Silah satır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Rusiya öz maraqlarından çıxış edərək Ermənistana kömək ediblər.

NOCOMMENT.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

İran böyük sevgisindən dolayı Ermənistanın tərəfində deyil. O, öz maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub, “Biz erməniləri çox sevirik, yaxşı konyakları var” deməlidir? Əlbəttə, xeyr. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, – deyə Simonyan bildirib.

Parlament sədri onu da əminliklə vurğulayıb ki, Ermənistanın Qarabağ problemindən başqa heç bir qlobal problemi yoxdur.
publika.az