Simonyan liderlərin görüşü barədə: Yalnız Brüssellə kifayətlənmək olmazbackend

Simonyan liderlərin görüşü barədə: Yalnız Brüssellə kifayətlənmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin görüş yeri Brüssellə məhdudlaşmamalıdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Simonyan xatırladıb ki, bir gün əvvəl Moskvada baş nazir müavinlərinin (Ermənistan, Rusiya və Azərbaycan) görüşü keçirilib və növbəti görüşlə bağlı razılıq əldə olunub.

Ölkə başçılarının görüşünə gəlincə, Simonyan parlamentdə keçirdiyi brifinqdə deyib: “Yeni görüşün harada keçiriləcəyi ilə bağlı məlumat yoxdur, lakin biz təkcə Brüsseldə görüş variantı ilə məhdudlaşmırıq. Biz tutarlıq və faydalı müzakirələrə hazırıq”.