Yayımlanan hər bölümü ilə gələcəyə işıq tutan Simpson-ın 2024-cü il üçün olan proqnozları yenə hər şeyi öncədən bilib. Epizodlarında sərmayə dünyası və elm dünyasına aid mövzulara geniş yer verən Simpsonlar, Bitcoin haqqındakı proqnozu ilə heyrətə gətirib.
NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, 2017-ci ildə yayımlanan The Simpsons serialının bir hissəsində Bitcoin-in 2024-cü ildə böyük bir sıçrayış edəcəyinə diqqət çəkilib. Dünəndən etibarən Bitcoin 100 min dollar səviyyəsini keçərək bütün zamanların ən yüksək dəyərinə çatıb və ümumi bazar dəyəri 2,1 trilyon dollara yüksəlib.
The Simpsons-da tez-tez vurğulanan “Bitcoin hər beş ildən bir böyük sıçrayış edir” fikri bir daha özünü doğruldub. Bu proqnoz serialın gələcək proqnozları ilə bağlı mübahisələri yenidən qızışdırıb.
Bitcoin proqnozu qədər təəccüblü olan başqa bir proqnoz kosmos tədqiqatları ilə bağlı idi. Serial günəşi öyrənmək və idarə etmək üçün kosmik gəminin inşasını əhatə edib. Bu gün alimlər günəş işığının qarşısını almaq üçün hazırladıqları peyk layihələrindən danışırlar.
Digər tərəfdən İlon Maskın Twitter-in loqosunu “X” işarəsi ilə dəyişməsi də The Simpsons-ın illər əvvəl işıqlandırdığı başqa bir detal olaraq diqqət çəkib.
Meymun çiçəyi virusu, siyasi hadisələr və texnologiya ilə bağlı dəqiq proqnozları ilə adından söz etdirən Simpsonlar bu dəfə investisiya və elm dünyasını hədəfləyib.