Sinan Oğan: Heç bir bazarlıq olmadıbackend

Sinan Oğan: Heç bir bazarlıq olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinan Oğan bazarlıq iddialarına cavab verib.

NOCOMMENT.az xəbər verir ki, CNN Türk-ün canlı yayımında sualları cavablandırıb və gündəmlə bağlı dəyərləndirmələr edib.

Oğan bazarlıq iddialarına cavab olaraq “Əsla bazarlıq olmayıb. Bunu edək, belə edək, belə bir təklif olmayıb. Bəzi prinsiplər irəli sürdük. Bu prinsiplər cənab Ərdoğan tərəfindən də qəbul edildi” deyə açıqlama verib.

Oğan Azərbaycan prezidenti İlham Əliyevin onu “Prezident Ərdoğanı dəstəkləməyə” razı saldığı iddiaları ilə bağlı sualı cavablandırıb:

“Belə bir şey ola bilərmi? Ağıl var, məntiq var. Cənab Əliyevin işi-gücü yoxdur, desin ki, Türkiyədə o onu dəstəkləsin, bu bunu dəstəkləsin. Yəni biz öz iradəmizlə kiməsə dəstək ola bilmərik? Putin və ya Əliyev zəng etməlidir?”

Oğan, “28 Maydan sonra AK Partiyaya keçəcəksiniz?” O, “Xeyr, mən heç bir siyasi partiyaya üzv olmamışam, olmaq niyyətim də yoxdur” deyə cavab verib.

NOCOMMENT.AZ