Sinovac vaksininin dünyada nüfuz dairəsi və COVİD19-a qarşı yararlılıq dərəcəsi açıqlandıbackend

Sinovac vaksininin dünyada nüfuz dairəsi və COVİD19-a qarşı yararlılıq dərəcəsi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin şirkəti Sinovac tərəfindən istehsal olunan CoronaVac vaksininin dünyada nüfuz dairəsi və virusa qarşı yararlılıq dərəcəsi açıqlanıb. 120 min nəfər üzərindən aparılan araşdırmadan sonra məlum olub ki, vaksin ölmün qarşısını 98%, xəstəxanada yatmağın qarşısını 96% alır.

NOCOMMENT.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Sinovacın dünyada təsir dairəsi və virusa qarşı yararlılıq dərəcəsi CoronaVac-ın İndoneziyadakı tibbi nümayəndələri tərəfindən açıqlanıb. İndoneziya Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmada məlum olub ki, vaksin ölüm hallarının qarşısını 98%, xəstəxanaya yerləşdirmə halarının qarşısını 96% alır.

Fevral və mart aylarında vaksinasiyadan keçmiş 120 min tibb işçisi müayinə olunarkən Səhiyyə nazirinin səlahiyyətli nümayəndəsi Siti Nadia Tarmizi mətbuat konfransında verdiyi açıqlamasında “Vaksin vurulmuş tibb işçiləri arasında virusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalıb”, – deyə bildirib.

Ötən günlərdə CoronaVac-ın 60 yaşdan aşağı şəxslərdə təsirinin yüksək olduğunu deyən Dünya Səhiyyə Təşkilatı vaksinin əks təsirləri olduğunu da bildirib.