Siqaret çəkməyi dayandırdıqdan sonra orqanizmdə nələr baş verir?backend

Siqaret çəkməyi dayandırdıqdan sonra orqanizmdə nələr baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siqareti tərgitdikdən sonra orqanizmdə nələr baş verir sualı insanları ən çox maraqlandıran mövzudur. Təkcə siqareti atdıqdan 20 dəqiqə sonra bədəndə müsbət dəyişikliklər özünü biruzə verir.

Siqaretin zərərlərini bilməyən yoxdur. O, orqanları pozaraq çox çeşidli xəstəliklərin yaranmasına səbəb olur. Siqaret ağciyər xərçəngi başda olmaqla ağız xərçəngi, mədə və mədəaltı vəzi xərçəngi, beyin iflici, ürək və damar xəstəlikləri, sonsuzluq kimi ciddi xəstəliklərin yaranmasında mühüm rol oynayır.

NOCOMMENT.az siqareti atdıqdan sonra orqanizmdə gedən prosesləri sizə təqdim edir.

20 dəqiqə sonra qan dolaşımı norrmal halına dönür.

8 saatdan sonra qanın oksigen səviyyəsi əvvəlki halına qayıdır və infarkt keçirmək riski azalır.

24 saat keçdikdən sonra isə bədən karbon monoksitdən təmizlənir.

Qandakı nikotinin səviyyəsi 48 saat sonra azalır və artıq dad, qoxu duyğusu artır.

72 saat sonra isə nəfəs alıb-vermək düzəlir, nəfəs yolları öz-özünü təmizləməyə başlayır və enerji səviyyəniz artır.

Nəfəs yolu infeksiyalarına yoluxma riskinin azalması üçün isə 2-12 həftə keçməlidir. Artıq bu müddət ərzində yeridikdə yorulma və tıxanma hallarına rast gəlinmir.

3-9 ay keçəndən sonra isə öskürək, səsli və qısa şəkildə nəfəs alıb vermə problemləri aradan qalxmağa başlayır. Ağciyərin funksiaları isə getdikcə düzəlir.

12 ay sonra isə ürək xəstəlikləri riski yarı-yarıya azalır.
Sidik kisəsi xərçənginə yoluxmaq riski isə 12-36 ay sonra 50 faiz azalır. İnfarkt , ağız boşluğu və yemək borusu xərçəngi riskləri də 50 faiz aşağı düşür.

10-15 il keçdikdən sonra infarkt riski heç vaxt siqaret çəkməyənlərlə eyni səviyyədə olur ağciyər xərçəngi isə 50 faiz azalır.