Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alınıb – FOTObackend

Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alınıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) NOCOMMENT.az -a verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz 1840”, “Mercedes-Benz Axor” və “Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3 800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.