Siqaretin aksiz dərəcəsi artırıldıbackend

Siqaretin aksiz dərəcəsi artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklərdən biri də siqaretə tətbiq olunan aksiz dərəcəsinin artırılması ilə bağlıdır.

Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.