Gecə sırğalarla yatmaq zərərsiz vərdiş kimi görünsə də, mütəxəssislər bunun qulaq üçün təhlükəli olduğunu bildirirlər.
NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki,britaniyalı plastik cərrah doktor Anil R.Şahın sözlərinə görə, qulaq məmələri çox həssasdır və asanlıqla dartılır. Ağırlığı olan sırğalar dərini aşağı çəkərək kollageni zəiflədir, elastikliyi azaldır və hətta qulaq ətinin yırtılmasına səbəb ola bilər.
Sırğalarla yatanda nələr baş verir?
• Yatarkən qulaqda davamlı təzyiq yaranır, dəlik dartılır, büzüşmələr əmələ gəlir.
• Vaxt keçdikcə dəlik böyüyür, qeyri-bərabərlik və çapıqlar yaranır.
• Sürtünmə və sıxılma iltihaba, sərtləşməyə və hətta keloidlərə səbəb ola bilər.
• Təmizlənməyən sırğalar isə yağ, kosmetika və bakteriya yığaraq xroniki qızartı və qıcıqlanma yaradır.
Həkimin məsləhətləri:
• Yatmazdan əvvəl sırğaları çıxarın, qulaq məmələrini yuyun və sırğa bağlarını dezinfeksiya edin.
• Yeni deşilmiş qulaqlarda yalnız hipoallergen materialdan hazırlanmış kiçik sırğalar taxmaq olar, amma ümumiyyətlə, gecələr qulaqlara “nəfəs almaq” imkanı verilməlidir.
• Kiçik sırğalar daha təhlükəsizdir. Böyük və sallanan modellər yastıq və ya yorğana ilişərək qulağı zədələyə bilər.