Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölübbackend

Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ay əvvəl sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Oğuz rayonunun Qumlaq kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev Bakı şəhərindəki müalicə aldığı xəstəxanada həyatını dəyişib.

Qeyd edək ki, 37 yaşlı R. Hacıyev noyabr ayının 5-i ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənmişdi. R. Hacıyevin müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdi.

Faktla bağlı araşdırma aparılır.