Şirkət 3 min işçini ixtisar edir, maaşları azaldır – Kütləvi etirazbackend

Şirkət 3 min işçini ixtisar edir, maaşları azaldır – Kütləvi etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi İrlandiyada olan “Ryanair” hava yolları şirkəti 3 000 işçisini işdən çıxarmaq qərarına gəldiyini açıqlayıb.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, “Ryanair” yeni növ korona virusu (Covid-19) epidemiyasıyla bağlı şirkətin çətin bir dövr keçirdiyi bildirir.

Şirkətin baş meneceri (CEO) Maykl Oliri (Michael O’Leary) deyib: “Ümumilikdə 3 min nəfərin işdən çıxarılması qərara alınıb. Qalan işçilərin maaşları 20 faiz azaldılacaq. 2021-ci ilədək isə maaşlar 50 faiz azaldılacaq. İxtisara düşən əməkdaşlar və əmək haqları azaldılan personal qəbul edilmiş qərarla razılaşmayaraq buna ciddi etiraz edirlər.

“Boeing”ə yeni təyyarə sifarişlərinin dayandırılması üçün də danışıqlar aparılır.

Qeyd edək ki, “Ryanair”də 17.500 adam çalışır.