Şirkət dəymiş zərəri ödəmirsə… (ŞƏRH)backend

Şirkət dəymiş zərəri ödəmirsə… (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstehsalatda xəsarət alan hər bir vətəndaşın qanunla ona çatacaq haqq verilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert bunun həm dövət, həm də özəl şirkətlərə aid olduğunu vurğulayıb:

“Müavinət, zərərin ödənilməsi ya ömürlük olmalıdır, ya da birdəfəlik. Bütün bunlar xəsarətin dərəcəsindən asılıdır. Bu, həm dövlət, həm də özəl qurumlara aiddir. Məsələ burasındadır ki, dövlət qurumları əksər hallarda bu öhdəlikləri yerinə yetirmir. Mən çox az sayda dövlət qurumları görmüşəm ki, belə istehsalat xəsarətləri almış və əmək qabiliyyətini itirmiş insanların məvaciblərini verib. Məsələn, bu müsbət hal SOСAR-da baş verib. Başqa dövlət qurumlarının bu istiqamətdə problem həll etməsinə rast gəlməmişəm”.

Akif Nəsirli təəssüflə bildirib ki, özəl şirkətlərdə vətəndaşların haqqı pozulur və bunun da səbəbləri var:

“Belə halların baş verməməsi üçün qanun və məhkəmələr işləməlidir. Qanun aliliyi və məhkəmələrin müstəqilliyi nəinki bunu, digər bütün problemlərin də həllinə yol açan məsələlərdən biri ola bilər. Problemlərin əksəriyyəti elə bundan qaynaqlanır. Məsələn, bu yaxınlarda mətbuatdan oxudum ki, bir şəxs özəl şirkətdə işləyib, hadisə nəticəsində ayağının biri sıradan çıxıb, demək olar ki, işləmir. Şirkət isə ona müavinət vermək istəmir. Vətəndaş müraciət edib dövlətdən 3-cü qrup əlillik dərəcəsi alıb. Şirkət zərərin ödənilməsinə dair heç bir öhdəliyini yerinə yetirmir. Belə hallarda məhkəmələr işə düşməlidir”.

Qeyd edək ki, 2023-cü ildə istehsalatda baş verən qəzalar nəticəsində 78 nəfər həyatını itirib, 431 nəfər xəsarət alıb. Nəticədə 1776 nəfərə ümumilikdə 3 milyon 820 manat cərimə tətbiq edilib.